“Qarabağ”la oynayacaq, 1 gün Bakıda qalacaq, təyyarə gözləyəcək

24 Noyabr 2021 13:20 Problem 906
“Qarabağ”la oynayacaq, 1 gün Bakıda qalacaq, təyyarə gözləyəcək

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”nın səfər proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Kipr təmsilçisi bu gün Bakı vaxtı ilə saat 13:00-da çarter reysi ilə yola düşəcək.

15:20-də paytaxtımıza çatması nəzərdə tutulan Nikosiya təmsilçisinin yeganə məşqi saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Maraqlıdır ki, “Omoniya” sabahkı qarşılaşmadan dərhal sonra vətənə qayıtmayacaq. Komandanı Larnakaya aparacaq təyyarə noyabrın 26-da saat 16:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanını tərk edəcək.

Sabahkı “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti