Rəşad Sadıqov xəbərdarlıq etdi: “Biz də çox şeylər danışa bilərik, danışmırıq“

18 Oktyabr 2021 21:20 Problem 748
Rəşad Sadıqov xəbərdarlıq etdi: “Biz də çox şeylər danışa bilərik, danışmırıq“

“Deyirlər ki, futbolçu üç gün bizimlə olub, daha çox klubda hazırlaşıb“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə“nin çalışdırıcısı Rəşad Sadıqova aiddir.

O, millinin məşqçilərinin tez-tez futbolçuların yığmada az vaxt keçirmələri ilə bağlı narahatlıqlarını yersiz sayıb:

“Əslində, hər milli arada futbolçu 15 gün bizimlə birlikdə olmur. Milli ilə bağlı fasilə də hər ay olur. Necə ola bilər ki, futbolçu 3 gün onlarla, 27 gün bizimlə hazırlaşır?

Bu haradan çıxıb? Sadə bir şeydir, təqvimə baxmaq kifayət edər. Başqasının üstünə səhvlər atmaq yaxşı hal deyil. Biz də çox şey deyə bilərik, amma danışmırıq.

Ən azı düşünürük ki, həmkarıq, nəsə bir şey olanda dəstəkləməyə çalışırıq. Hər hansısa bir səhvləri, məsələləri qabartmırıq.

Xahiş edirəm ki, bütün həmkarlar buna diqqət yetirsinlər. Elə danışsınlar ki, həmkarın işinə qarışmasınlar. İstifadə etdiyi ifadə ilə həmkarın işinə toxunmasın.

Bu, elə işdir ki, səhvsiz mümkün deyil. Ola da bilər ki, hansısa futbolçunu fiziki cəhətdən düzgün hazırlamaram.

Amma bunu qabartmaqla bütün probelemləri, bütün uğursuzluqları belə şeylərə bağlamaq absurddur. İstər yerli, istərsə də millidəki əcnəbi məşqçilər açıqlamalarında diqqətli olmalıdırlar”.

Gənc mütəxəssis çıxış yolunu göstərib: “Biz təklif edirik ki, 21 yaş limiti ləğv olunsun, amma komanda sayı artırılsın. Belə olan halda bütün gənclər oynayacaq.

Mən 18 yaşımda Premyer Liqada debüt etmişəm. Çünki komanda sayı çox idi, regionlarda futbol var idi. Hamı gənc futbolçulara şans verməyə çalışırdı.

İndi 8 komanda var. Bunların hamısı avrokuboklara iddialıdısa, təbii ki, məşqçilər gənclərə az şans verəcək. Milan Obradoviç desəydi ki, komada sayı artırılmalıdı, bu daha məntiqli olardı.

İkinci dəfədir ki, açıqlamasında belə ifadə işlədir ki, oyunçular fiziki cəhətdən zəifdi. Keçən dəfə də, Rauf Hüseynlini qeyd etmişdi.

Bu dəfə də onu oynatmadı. Mən bir məqama toxunum, bəlkə də hazırda çempionatda fiziki cəhətdən ən hazır futbolçu Raufdu.

İlk təlim-məşq toplanışını "Qarabağ"la keçib, sonra bizimlə. Kiminsə oyunu yaxşı alınmırsa, bu, tək fiziki hazırlıqla bağlı deyil. Hər şeyi fiziki durumla bağlamaq 10-15 il əvvəldə qaldı.

Bir-birimizin üstünə səhvləri atmaq yaxşı bir şey deyil. Biz də çox şeylər danışa bilərik, amma danışmırıq. Çünki həmkarıq, nəsə olanda daim dəstəkləməyə çalışırıq.

Xahiş edirəm ki, bütün həmkarlar buna diqqət etsinlər. Elə danışsınlar ki, həmkarının işinə qarışmasınlar. Danışmağa qalsa, saatlarla danışarıq.

Çünki problemlər var. Bu, elə bir işdir ki, burada səhvsiz mümkün deyil“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı