Danimarka Erikseni başqa oyunçu ilə əvəzləyə bilməyəcək

14 İyun 2021 00:00 Problem 1 216
Danimarka Erikseni başqa oyunçu ilə əvəzləyə bilməyəcək

Danimarka komandası yarımmüdafiəçi Kristian Eriksenin adını Avropa çempionatı üçün təqdim edilən sifariş vərəqəsindən çıxararaq digər oyunçu ilə əvəzləyə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “TASS”ın sorğusuna cavab olaraq Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidmətindən deyilib.

Bildirilib ki, komandalara baş verə biləcək hadisələrlə bağlı heyət üzvlərinin sayını 23 oyunçudan 26 oyunçuya qədər artırılmasına icazə verilib.

AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında Danimarka millisinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.

Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?