Koronavirusun daha bir ştammı aşkarlandı - YENİ PROBLEM

22 May 2021 13:30 Problem 1 205
Koronavirusun daha bir ştammı aşkarlandı - YENİ PROBLEM

Böyük Britaniyada koronavirusun daha bir ştammı aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, VUİ-21MAY-01 adlı ştammına yoluxma faktına Yorkşir şəhərində rast gəlinib.

Şeffildin səhiyyə idarəsinin rəhbəri Qreq Fellin sözlərinə görə, yeni mutasiyanın əvvəlkilərlə müqayisədə yoluxma sürəti hələlik bilinmir. Bundan başqa, peyvəndin də yeni ştamma qarşı təsirli olub-olmadığı məlum deyil.

Fell bildirib ki, indiyədək yeni mutasiya 49 nəfərdə aşkarlanıb və o, insanları təşvişə düşməməyə çağırıb:

“Xahiş edirəm, təşvişə düşməyin. Ötən il ərzində etdiyiniz qorunma tədbirlərini görməyinizi istəyirəm. Tövsiyələrə əməl edin, müntəzəm olaraq əllərinizi yumağa və maska taxmağa davam edin”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!