Azərbaycan komandasına yerli əhali ilə təması qadağan edilir

19 May 2021 14:20 Problem 1 482
Azərbaycan komandasına yerli əhali ilə təması qadağan edilir

Yaponiya hökuməti Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idmançılar və nümayəndə heyətlərinin yerli əhali ilə təmaslarını qadağan etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə baş nazir Yosihide Suqa parlamentdəki çıxışı zamanı bildirib.

O, koronavirusun yayılmasının qarşısını almaqdan ötrü sərt məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırdıqlarını söyləyib.

Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!