Oğru çantasına “İncil” qoyub, evə girdi, qaçdı, tutuldu

18 May 2021 02:24 Problem 503
Oğru çantasına “İncil” qoyub, evə girdi, qaçdı, tutuldu

PSJ-nin hücumçusu Neymarın evinə oğru girib.

Sportinfo.az xəbər verir ki, hadisə Braziliya millisinin forvardının Parisdəki evində baş verib.

Dünən naməlum şəxs Neymarın villasına girsə də, təhlükəsizlik xidməti ona mane olub. Buna baxmayaraq, oğru hadisə yerindən qaçmağı bacarıb.

Yerli polis çox keçmədən onu içində "İncil" kitabıyla dolu olan çanta ilə yaxalayıb.

Soyğunçu polisə Neymara Tanrının sözünü çatdırmaq istədiyini söyləyib. Həmin şəxs müalicə olunması üçün psixiatriya mərkəzinə aparılıb.

Son vaxtlar PSJ-nin bir neçə futbolçusunun evi qarət olunub.

Digər Xəbərlər
Xəbər Lenti