“Neftçi"nin baş məşqçisinə cəza verildi – 2 “sarı”ya görə

17 May 2021 14:40 Problem 989
“Neftçi"nin baş məşqçisinə cəza verildi – 2 “sarı”ya görə

AFFA İntizam Komitəsi U-17 Kubokunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "Zirə"nin futbolçuları Rəhim Cəfərli və Peyman Səmədli 4 oyunluq cəza ilə üzləşib.

Hər iki oyunçu "Kəpəz" ilə matçda hakimi təhqir etdiyinə görə meydandan uzaqlaşdırılıb.

Komitə "Neftçi"nin baş məşqçisi Elman Sultanova da 1 oyunluq cəza verib. Buna səbəb mütəxəssisin "Səbail"lə oyunda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti