Ermənistanla sərhəddəki vəziyyət ABŞ Dövlət Katibliyi ilə müzakirə edildi

14 May 2021 16:30 Problem 1 150
Ermənistanla sərhəddəki vəziyyət ABŞ Dövlət Katibliyi ilə müzakirə edildi

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu bildirib.

O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti