Neft şirkəti futbola maliyyə axınını niyə dayandırdı?

14 May 2021 20:20 Problem 1 562
Neft şirkəti futbola maliyyə axınını niyə dayandırdı?

UEFA-nın SOCAR ilə əməkdaşlığının başa çatmasının səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, bu, Azərbaycan Dövlət Neft Şirkətinin bir sıra sosial layihələrin icrasını dayandırması ilə əlaqədardır.

Belə ki, İnvestisiya Holdinqinin nəzarətinə keçən SOCAR həm yerli, həm də beynəlxalq tərəfdaşlıq proqramlarını yenidən nəzərdən keçirməyə başlayıb və onlardan bəzisinin müqavilə müddətini uzatmayıb.

Artıq şirkətin loqosu UEFA-nın rəsmi saytında da yoxdur. Almaniya mətbuatının yazdığına görə, SOCAR-la UEFA əməkdaşlığa son qoysa da, şirkət Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununu maliyyələşdirəcək.

SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.

Digər Xəbərlər
Xəbər Lenti