"Yeni rəhbərlik uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır"

14 May 2021 18:00 Problem 1 208
"Yeni rəhbərlik uzunmüddətli müqavilə imzalamağa müsbət yanaşmır"

“Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, "Formula 1" üzrə Azərbaycan Qran Prisi koronavirus pandemiyasının başladığı tarixdən sonra Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. O, Azərbaycandakı "Formula 1" yarışına azarkeşlərin buraxılmamasına da toxunub:

“Bakıda bu yay keçiriləcək Avropa çempionatının oyunları Azərbaycan Qran Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir.

Düşünürəm ki, bu səbəbdən sözügedən yarışda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

Rəhimov Bakının 5-ci dəfə analoji yarışa ev sahibliyi edəcəyini xatırladıb: "Formula 1" Rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir.

Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır.

Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəlidir”.

Digər Xəbərlər
Xəbər Lenti