Tanınmış futbolçu AÇ-2020-də oynamaqdan imtina etdi

13 May 2021 12:00 Problem 734
Tanınmış futbolçu AÇ-2020-də oynamaqdan imtina etdi

“Liverpul”un və Niderland milli komandasının futbolçusu Vircil van Dayk AÇ-2020-ni buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə niderlandlı müdafiəçi “Liverpul”un mətbuat xidmətinə açıqlamasında deyib.

O, zədədən sonrakı bərpa müddətinin son mərhələsində olduğunu bildirib. Dayk, bərpa müddətini tamamlamaq üçün AÇ-2020-də oynamaqdan imtina edib.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti