"Ermənistanın üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”

12 May 2021 02:38 Problem 658
"Ermənistanın üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”

“Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır və onları yerinə yetirir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmiz bir neçə birtərəfli addım atıb: “Humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilib. Təxminən 2 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib”.

Nazir Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndirib.

C. Bayramov müəyyən sahələr üzrə inkişaf olduğunu da dilə gətirib: “Digər sahələr üzrə isə hələ nəticə yoxdur. Başa düşürük ki, Ermənistanın daxilindəki siyasi vəziyyət buna təsir edir.

Üçtərəfli bəyanatların yerinə yetirilməsində Ermənistanın da üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti