Şəhid ailələrinə psixoloji dəstək üçün yaradılan Komissiyanın ilk iclası keçirildi

26 Yanvar 12:10 Problem 122
Şəhid ailələrinə psixoloji dəstək üçün yaradılan Komissiyanın ilk iclası keçirildi

Sportinfo.az xəbər verir ki, Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, iclası giriş sözü ilə açan Komissiyanın sədri, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçi, qazi və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

Nazir Nazirlər Kabinetinin Qərarına əsasən hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə və şəhid ailələrinə psixoloji yardımın təşkili məsələsi barədə danışıb. O qeyd edib ki, hərbçilərə psixoloji dəstək yalnız müharibə bitdikdən sonra deyil, hərbi əməliyyatlar dövründə də göstərilib. Bu işə, həmçinin xarici mütəxəssislərin cəlb olunduğunu da bildirib.

İclasda hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mütəxəssislərin xüsusi təlim proqramından keçdiyi qeyd olunub.

Sonda Komissiya üzvlərinə fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərin hazırlanıb qısa müddətdə Səhiyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Qeyd edək ki, Komissiya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılıb.

Digər Xəbərlər
Xəbər Lenti