"Nə marağın var bunda? Onların əsəbləriylə oynayırsan"

28 Dekabr 2020 19:40 Problem 1 270
"Nə marağın var bunda? Onların əsəbləriylə oynayırsan"

«Təyinatlarla bağlı böyük problemlər var».

Sportinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov bu iddia ilə çıxış edib.

2018-ci ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılan funksioner ondan sonra komitənin fəaliyyətində ciddi problemlər yarandığını bildirib. O, federasiya rəhbərliyinin iş başına gətirdiyi Fritz Stuxlikin kobud səhvlərə yol verməsinə diqqət çəkib:

«Referi köməkçisi ehtiyat hakim kimi oyunlarda iştirak edə bilməz. Ehtiyat hakim referilər arasından təsdiq olunur. Baş hakimə nəsə olsa, ehtiyat hakim onu əvəz etməlidir.

Referi köməkçisin qoyurlar ehtiyat hakim. Xeyir ola? Nə marağın var bunda? Hakimlərdən bu qərardan sonra eşitmişəm ki, üsyan qaldırıblar. O da təyinatı dəyişib.

Əvvəldən bunu bilmirdin? Gözləyirdin ki, o insanlarda qıcıq yaransın, əsəbləriylə oynayasan? Ümumiyyətlə, uşaqların əksəriyyəti narazıdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti