"Xəzər Lənkəran" və "Qarabağ"ın qazi futbolçusuna kim kömək edə bilər? - FOTOLAR

23 Dekabr 2020 13:20 Problem 1 386
"Xəzər Lənkəran" və "Qarabağ"ın qazi futbolçusuna kim kömək edə bilər? - FOTOLAR

Müzəffər ordumuzun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük II Qarabağ müharibəsində bir çox idmançılarımız da iştirak etdi.

Onlar arasında qəhrəmancasına şəhid olanlar da oldu, yaralanaraq qazi olanlar da.

Həmin idmançılar sırasında futbolçular da var və onlar öz Vətən borclarını ləyaqətlə yerinə yetirdilər.

Sportinfo.az xəbər verir ki, həmin futbolçulardan biri də Yunis Abbaslıdır.

Yunis futbolla peşəkar səviyyədə məşğul olub. 2013-15-ci illərdə "Xəzər Lənkəran"ın, 2015-18-ci illərdə "Qarabağ"ın, 2018-19-cu illərdə "Sabah"ın və 2019-cu ilin aprelinə kimi MOİK-in şərəfini qoruyub.

Müharibənin ilk günlərindən fəal şəkildə döyüşlərdə iştirak edib və xüsusi təyinatlı dəstənin tərkibində Kəlbəcər, Cəbrayıl və Füzuli uğurunda gedən döyüşlərdə şücaətlə iştirak edib.

Füzulinin işğaldan azad olunmasında yaxından iştirak edib və məhz həmin döyüşlərdə başından ağır yaralanıb. Hazırda Mərdəkan reabilitasiya mərkəzində müalicə alsa da onun təcili əməliyyata ehtiyacı var.

Çünki aldığı zədə çox ağırdı və baş qapağı ciddi zədələnib. Eyni zamanda qurşaqdan aşağı hissəsi də işləmir.

Lakin çox böyük ümidlər var ki, əməliyyatdan sonra səhhətində ciddi irəliləyiş ola bilər. Lənkəran.Vağzal küç. 6-da qeydiyyatda olan Yunisə dəstək olmaq istəyənlər 050 622 50 42 nömrəsi ilə əlaqə saxlaya bilər (rekord).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti