Yalanın üstünü açdı, ortaya fakt qoydu: "1 il də gözləmək olardı"

22 Dekabr 2020 12:40 Problem 1 011
Yalanın üstünü açdı, ortaya fakt qoydu: "1 il də gözləmək olardı"

“Bizim vaxtımızda 23 FİFA dərəcəli hakimimiz vardı, say indi 17-yə düşüb“.

Sportinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov bu açıqlama ilə çıxış edib.

İdman TV-də yayımlanan “Mərkəz xətti“ verlişində Nurlan Hacıyevin qonağı olan sabiq funksioner gündəmə aid məsələyə münasibət bildirib.

Məlum olduğu kimi, AFFA-nın bir neçə gün əvvəl açıqladığı siyahıda 17 ədalət təmsilçisi yer alıb. Ötən il bu rəqəm 14-ə bərabər idi. Artım futzal hakimləri və qadın referi köməkçilərinin siyahısında qeydə alınıb.

Artıq ölkəmizi beynəlxalq oyunlarda 1 deyil, 3 futzal hakimi təmsil edəcək. Əli Cəbrayılov və Knyaz Əmiraslanov bu siyahıya əlavə olunub. Qadın referi köməkçilərinin sayı isə Sevda Nuriyeva ilə 2-yə çatıb.

Bundan başqa, 2 dəyişiklik də baş verib. Kişi referilərin siyahısında Rəhim Həsənovu Elçin Məsiyev, referi köməkçilərində isə Mübariz Haşımovu Cavanşir Yusifov əvəzləyib.

X.Məmmədovu dinləyək: “Mətbuatda belə bir şey oxudum ki, guya FİFA hakimlərimizin sayı artıb. Bu, ağ yalandır. Heç bir say artmayıb.

Bizə verilən yer 3 nəfərdir. Sadəcə olaraq, qadin FİFA hakimləri ayrıca nəzərə alınır. Onu da say olaraq qatıblar 3 kişi hakimin yanına.

Heç kim demir ki, bizdə hər zaman 2 FİFA hakimi olub. İndi isə yalnız Yuliya Qurbanova qalıb. Hakimlikdə heç bir inkişaf yoxdur.

Futzalda da, cimərlik futbolunda da hakim sayı azalıb. Yeni rəhbərlik gələndən 3-4 FİFA hakimi yenilərlə dəyişdirilib. Yenilik, əvəzetmə lazımdır.

Rəhim Həsənov neçə ildir üçüncü kateqoriyada qalır. FİFA-da yazılmamış belə bir qanun var ki, bir hakim 3 ildən artıq eyni kateqoriyada qalırsa, deməli, onun heç bir perespektivi yoxdur.

Amma 1 il də gözləmək olardı. Daha yaxşı bir hakim ortaya çıxartmaq üçün“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti