2021-ci il büdcəsində koronavirusla bağlı nə deyilir?

21 Dekabr 2020 13:50 Problem 706
2021-ci il büdcəsində koronavirusla bağlı nə deyilir?

Pandemiyanın davametmə müddətinin qeyri-müəyyən olaraq qalması 2021-ci ildə də dövlət büdcəsi üçün əsas çağırışlardan biri olaraq qalır.

Sportinfo.az xəbər verir ki, bu barədə 2021- ci ilin dövlət büdcəsinin fiskal risklər bölümündə məlumat verilir.

Pandemiyanın növbəti dalğalarının baş verməsi fonunda 2021-ci ildə də sərt sosial təcrid və karantin tədbirlərinin tətbiqinin uzun müddət davam etdirilməsi əhalinin sosial təminatının yaxşılaşdırılması və sahibkarlara dəstəyin təmin edilməsi, eləcə də səhiyyə və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyac yarada bilər ki, bu da öz növbəsində büdcənin xərc strukturuna yenidən baxılması, o cümlədən qaçınılmaz xərc ehtiyaclarının mövcud ehtiyatlar və ya əlavə borclanma hesabına təmin olunması zərurətini ortaya çıxara bilər.

Bildirilir ki, digər tərəfdən pandemiya ilə mübarizə çərçivəsində sosial təcrid və karantin tədbirlərinin davam etdirilməsi, sərhədlərin qapalı saxlanılması, beynəlxalq uçuşların bərpa olunmaması ictimai iaşə, turizm və nəqliyyat kimi sektorlara mənfi təsir etməklə bu sektorlardan əldə olunan qeyri-neft gəlirlərinin daha da azalması riskini yaradır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti