Azərbaycanlı məşqçilərin təhqir olunması - Allah kəssin…

21 Dekabr 2020 14:00 Problem 1 114
Azərbaycanlı məşqçilərin təhqir olunması - Allah kəssin…

Mahmud Qurbanov kimi sakit təbiətli biri də dilə gəlib,

AFFA-nın siyasətini tənqid edirsə, demək, bıçaq sümüyə dirənib.

Hələ o, işsiz deyil, AFFA-nın nəzarəti altında olan "Neftçi"də işləyir. Güman ki, son açıqlamasına görə ona da təzyiqlər olacaq.

Amma futbolun başında duranlar dərk etməlidir ki, bıçaq sümüyə dirənəndə, iş verdikləri də dilə gələcək.

Mahmud Qurbanov tam haqlıdır. Milan Obradoviç kimi heç bir nəticə verməyən, Lixtenşteynə uduzan məşqçini postunda saxlayıb müqaviləni uzadırsansa, Qurbanov kimi yerli məşqçiləri təhqir etmiş olursan.

O Obradoviç ki, aylıq maaşı 30-35 min dollardır. Lazımdır ilin-günün bu vaxtında hansısa serbə o qədər pul vermək? Hanı nəticəsi? Bir Slovakiyanı uddu.

Allah kəssin, elə udmağı! Hər iki qolu yarım metr ofsayddan vurduq.

Bir də ölüm-zülüm Lixtenşteyni Sumqayıtda udduq.

İldə 600 min manatı buna görə veririk belə dələduzlara? Yoxsa bunlar elə bilir, neft dədələrinin malıdır, onun pulunu kimə istədidər, peşkəş etsinlər?

Canni de Byazi ilə Elxan Məmmədov təəssüflənir ki, 6 komandalı qrupa düşməmişik. Bilirsiz, niyə?

Altıncı səbətdən gələn hansısa San Mariino və Cəbəllütariqlə heç-heçə oynayıb və ya minimalhesablı qələbə qazanıb, babat mükafat qazana bilərdilər. O xalı, qələbəni də əllərində bayraq edib, ilboyu inkişafdan danışacaqdılar.

Amma görəcəksiz, bu Elxan ki var, Qətərlə oyunda xal götürüb, Rövnəq Abdullayevi də aldadacaq ki, dünya çempionatının təşkilatçısı və iştirakçısını udmuşuq, gərək uşaqların hərəsinə 50 min mükafat verək.

O da futbolu ölümünə bilir axı, deyəcək ki, Allah xatirinə, 100 min verək...

Anar Xanlarov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti