Azərbaycanlı futbolçuları sevindirəcək YENİ ŞAD XƏBƏR!

20 Dekabr 2020 16:00 Problem 2 062
Azərbaycanlı futbolçuları sevindirəcək YENİ ŞAD XƏBƏR!

AFFA və Türkiyə Futbol Federasiya (TFF) iki ölkə futbolçularının legioner statusu daşımadan çıxış etməsi ilə bağlı danışıqlar aparır.

Hazırda Türkiyə Super Liqasında azərbaycanlı futbolçu çıxış etmir.

TFF I Liqada isə yalnız Araz Abdullayev "Boluspor"un formasını geyinir. Türk pasportu daşıyan bir oyunçunu da biz Azərbaycanda görmürük.

AFFA-nın qarşı tərəfdən əsas istəyi həmyerlilərimizin I Liqa, II Liqa və Bal Liqasında iştirakına nail olmaqdır. Hələlik söhbət Super Liqadan getmir.

Çünki TFF azərbaycanlı oyunçuların elitaya «ayaq açmasına» razılıq vermək üçün öncə klubların razılığını almalıdır. Aşağı liqalarda isə bu, problem yaratmamalıdır.

TFF 2004-cü ildə belə bir qərar vermiş, nəticədə Mahir Şükürov başda olmqla, xeyli futbolçumuz qardaş ölkəyə yollanmışdı. İcazə təxminən 10 il qüvvədə qalmış, sonradan qadağa istisna hal ləğv edilmişdi.

Bal Liqasına gəlincə, ötən mövsümdən etibarən, burada yalnıız Türkiyə vətəndaşlığı daşıyan oyunçulara icazə tətbiq olunub. Belədə onlarla həmvətənimizin «Bal yolu» bağlandı.

Son 5 ildə bu liqada 30-ya yaxın futbolçumuzun çörək arxasınca qaçdığını yaddan çıxarmayaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti