Haradasan, ay Hafiz Məmmədov?!
Bura nə Ağdamdır, nə Cəbrayıl, nə də Zəngilan...
Bunu edənlər də ermənilər deyil...
Mahir Mədətov, Namiq Ələsgərov, Rəhman Hacıyev və bir çox başqa tanınmış futbolçunu yetişdirmiş, Azərbaycanın iki ən yaxşı Uşaq Futbol Akademiyasından biri - "Bakı" Futbol Klubunun bazası dağıdılıb...
Yerində yeni yaşayış binaları tikiləcək!
Bundan sonra ölkəmizdə futbolun inkişafından danışmağı belə xəyal etməyin.
25 milyona başa gələn, dünyanın bir çox tanınmış futbol mütəxəssislərinin yüksək fikirlər söylədiyi baza tikiləndən heç 10 il keçməmiş dağıdıldı...
Hardasan, ay Hafiz Məmmədov?!
ANAR

