FİFA ilin yaxşı futbolçusunun adını bu gün elan edəcək.
“Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün açıqlanan namizədlər haqda danışıb.
Sportinfo.az xəbər verir ki, siyahıda 3 namizəd var – Lionel Messi, Kriştiano Roanldo və Robert Levandovski. Berbatov Messi və Ronaldonun adlarının namizədlər arasında olmasına etiraz edib:
“Ronaldo ilə Messinin adlarının namizədlər arasında olması məni təəccübləndirdi. Çünki orada olmağa layiq deyillər. İnanıram ki, mükafatı Robert Levandovski alacaq.
O qalib gəlməsə, ədalətli olmaz. Robert qolları ilə mənim və bir çoxlarının ən çox sevdiyi oyunçu oldu. Ümid edirəm ki, bu il FİFA mükafatı ona verəcək. Çox
təəssüf ki, futbol biznesdir və kulis arxasında hadisələrə təsir edəcək xeyli adamlar var. Ən yaxşı futbolçu Robert Levandovski olmalıdır. Əgər belə olmayacaqsa, deməli, biz böyük ədalətsizliyin şahidi olacağıq”.

