Gözəlağa çox gözəl idi, vurdu çiçək çıxartdı. (Atalar sözü)
Azərbaycan millisinin növbəti seçmə mərhələdəki rəqibləri məlum oldub.
Adamın dili də gəlmir ki, "millimiz bu qrupdan çıxmaq, dünya çempionatına qatılmaq uğrunda mübarizəaparacaq” desin. Bunu demək mübarizəyə də, dünya çempionatına da hörmətsizlikdi.Bizimki gözə kül üfürmək, məşhur lətifədə deyildiyi kimi, relsləri döyəcləməkdi.Guya ki, içində olduğumuz qatar öz yoluna davam edir. AFFA Azərbaycan xalqıüçün pərdələri silkələyir, relsləri döyəcləyir. Bizə də deyirlər ki, Azərbaycanfutbolu inkişaf edir, böyük hədəflərə çatmaq uğrunda mübarizə aparır. Əlimiziqulağımızın dibinə qoymuşuq, özümüz də fil qulağında yatmışıq. Sağımız, solumuzinkişaf edir, biz isə...
Aqrupundakı rəqiblərimizin dərdini çəkirdik, günümüzə ağlayırdıq. Bu tərəfdən dəsevinirdik ki, 5 komandanın olduğu qrupa düşmüşük, millimiz ardıcıl oyunlarkeçirib, səfərlərə çıxmayacaq. UEFA bu sevinci də bizə çox gördü. Qitəninfutbol qurumu dünya futbolu tarixində unikal qərara imza atıb, mundialaevsahibliyi edəcək Qətər millisini Avropa yığmalarına yolyoldaşı edib. O da gəldibizim bəxtimizə çıxdı. Qrupdakı rəqiblərimizin sayı artdı, səfərlərimizçoxaldı, təqvim sıxlaşdı. Məlum məsələdi ki, FİFA-nın zəngin tərəfdaşlarından(yəni sponsorlarından) olan ərəblər uzun illərdi ölkələrində keçiriləcək dünyaçempionatını gözləyirlər. Braziliyada boşda olan futbolçu qalmayıb ki, onu"milliləşdirib” Qətər millisinin formasını geydirməsinlər. Hələ mən dünyaçempionatının Qətərə verilməsi ətrafında gəzən rüşvət iddialarını, həbs edilənFİFA məmurlarını demirəm. Ümumi görüntü belədi ki, ərəblər bu dünyaçempionatına ciddi hazırlaşıblar, uğur qazanmaq üçün min ətək pul töküblər.İndi də həlledici mərhələdi, kimsə onları başa salıb ki, dünya nəhəngləri iləayaqlaşmaq üçün Avropa yığmaları ilə müntəzəm qarşılaşmaq, gücünü sınamaqlazımdı. UEFA da onların bu istəyini gerçəkləşdirib, çanaq da bizim başımızdasınıb.
Şəxsənmənim təqvimə baxanda gözlərim qaralır. Hər bir seçmə mərhələyə uğurlu başlamaqvacibdi. Bunun üçün də təqvimə diqqət yetirirsən, start oyununu evdə, nisbətənmünasibət rəqiblə keçirməyi arzulayırsan. Amma bizim yığmamız açılış oyunundaRonaldolu Portuqaliya millisinin qəbuluna gedəcək. Hələ pandemiya səbəbindənmarta qədər futbolumuzun hansı vəziyyətə düşəcəyini bir göydəki Allah bilir.Ondan sonra da Qətərlə səfərdə qarşılaşacağıq. Ronaldo və komanda yoldaşlarınınbaşımıza açması real görünən oyundan sonra bizə hazır şikar gözüylə baxan Qətərinəlinə düşəcəyik. Məlum məsələdi ki, Qətərlə qarşılaşmaq üçün Ərəbistanyarımadasına səfər etmək lazım deyil, onlar bu ərəfədə Avropada məskunlaşacaqlar.Amma bu ölkənin Portuqaliya və ya Serbiya olacağına inanmıram. Deməli,komandamız 6 gün aralığında üç fərqli mühitdə meydana çıxmalı, uzun-uzadıyollar qət etməli olacaq. Əvvəlcə Portuqaliyaya yollanacaq, ondan sonra Qətərinməskunlaşdığı yerə gedəcəyik. Ordan da Bakıya qayıdıb, Serbiya millisini gözləyəcəyik.Bütün bu yol yorğunluğundan, gərgin qrafikdən sonra serblərdən xal ala biləcəyimizəinanmaq çətindi. "Sabah”ın heyətində Azərbaycan klublarına qol vurmağa çətinlikçəkən Ramil Şeydayevin Portuqaliyaya meydan oxumasına aldanmayın.
Portuqaliyanında gücü bəllidi, İrlandiya ilə Serbiyanın da. Hər nə qədər pafosla danışsaq ki,Millətlər Liqasının C divizionundakı zəif rəqiblərin qapısına qol vurmağıbacarmayan komandamızın birdən-birə şirə-pələngə dönəcəyinə inanmaq asan deyil.Az-çox "dişimizə uyğun” rəqib kimi Lüksemburqu görürdük. Onlarla da buyaxınlarda iki dəfə qarşılaşdıq, birində uduzduq, o birində də Şahruddin Məhəmmədəliyevinpenaltini qaytarması sayəsində qolsuz heç-heçəyə sevindik. Vəssalam. Deməli,Lüksemburqla oyunlarda da xoş gələcəyə ümid etməyə dəyməz. Çox da İtaliyadanCanni De Byazini və onun 4 həmyerlisindən ibarət məşqçilər briqadasını dəvətetmişik. Adamlar bizim futbolçulara olsa-olsa, qapının önünə toplaşıb, qolburaxmamağı öyrədə biləcəklər. Bundan artığını gözləməyə dəyməz. Futbolumuzuzun və sistemli inkişaf yolu keçməlidi. Ona da Qurban Qurbanovla qədəm qoymaq,7 ili əhatə edəcək proqram qurmaq istəyirdik. Xəyanətkarlar imkan vermədi. Yerigəlmişkən, həmin o xəyanətin üstündən bu həftə iki il keçdi. İki ildən sonraAFFA İcraiyyə Komitəsinin üzvü, yəni o qərara əl qaldıranlardan biri VaqifSadıqov deyir ki, Canni De Byazi bizim futbolçuları tanımırdı, MillətlərLiqasındakı oyunlar bu mənada işimizə yaradı. Ay sizi...
"Buqrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demişolmuruq. Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək,orda qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşıoynamaqla qrupda şansımız ola bilər” – Canni De Byazi püşkatma barədə danışarkənbelə deyib. İlk cümləsindən bizə yerimizi bildirir, deyir ki, kim olduğunuzuunutmayın, qrupun ən zəifi sizsiz. Sonuncu cümləsində isə iki dəfə "bilsək”deyib, şərt qoyub, sonra da "şansımız ola bilər” söyləyib. Buna deyirləritalyan budaq cümləsi. Qətərdə keçiriləcək dünya çempionatına gedən qataraboylana-boylana baxmağa hazır olmalıyıq! (Futbol+)

