Mübariz Mənsimov məhkəmədə danışdı: ”Səhhətim yaxşı deyil”

9 Dekabr 2020 22:40 Problem 4 348
Mübariz Mənsimov məhkəmədə danışdı: ”Səhhətim yaxşı deyil”

Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən "Xəzər Lənkəranın sahibi Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Sportinfo.az xəbər verir ki, məhkəmədə “Palmali” şirkətinin vəzifəli şəxsləri ifadə verib.

Daha sonra Mübariz Mənsimova söz verilib. O ifadə verərək ittihamları qəbul etmədiyini deyib: “Mən şiəyəm, FETÖ ilə heç bir əlaqəm yoxdur. Səhhətim yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm”.

Məhkəmə prosesi yanvarın 13-dək təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM