De Byazi AFFA-ya 3 variant təklif etdi, 2 istəyini dedi

6 Dekabr 2020 13:00 Problem 1 712
De Byazi AFFA-ya 3 variant təklif etdi, 2 istəyini dedi

Millinin baş məşqçisi Canni De Byazi yeni illə bağlı ilkin hazırlıq planını tərtib edib.

Sportinfo.az-ın məlumatına görə, italyan çalışdırıcı komandanı yanvvrın sonu, fevralın əvvəlində bir araya gətirməyi nəzərdə tutub.

O, AFFA rəhbərliyi ilə görüşündə təlim-məşq toplanışınının vaxtını və müddətinin klubların hazırlıq proqramına əsasən müəyyənləşdirəcəyini bildirib.

Koronavirus pandemiyası imkan verəcəcəyi təqdirdə, yığma ya Türkiyədə, ya da Dubayda yığışacaq. Üçüncü variant Qəbələdir. Çünki ehtimal var ki, Premyer Liqa təmsilçiləri qış hazırlığını ölkə daxilində keçirsin. Eynən yayda olduğu kimi.

2022-ci ildə keçiriləcək dünya çempinatının seçmə mərhələsi martda start götürəcək. Təqvim planına görə, komandamız qrupda ardıcıl 3 oyuna çıxacaq.

Bunu nəzərəa alan 64 yaşlı sükançı o tarixədək minimum 2 yoxlama görüşünün təşkilinin zəruri olduğunu qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti