Bordin: "Çatışmayan yalnız qol idi"

1 Dekabr 2019 17:20 Premyerliqa 782
Bordin: "Çatışmayan yalnız qol idi"

Azərbaycan premyer liqasının 13-cü turunun "Səbail"-"Neftçi" (0:0) matçından sonra qonaqların baş məşqçisi Roberto Bordin mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. İtalyan mütəxəssisin oyun haqda ilkin fikirləri belə olub:

- Çətin oyun idi. Qapısına çox qapanmış komandaya qarşı oynadıq. Əlbəttə, müxtəlif istiqamətlərdən hücumlar edirdik. Rəqib də qapımız önündə sürətli əks-hücumlar yarada bilirdi. Çoxlu qol epizodu yaratdıq. Fikrimcə, heç olmasa 1 qol vurmağa layiq idik.

- Sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağınıza mane olurdu...

-Sizinlə razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçiləri hərtəfəli bağlayırdı. Belədə hər bir forvarda təbii ki, çətin olur.

- "Neftçi"də qol şanslarını qaçırmaq bir ənənəyə çevrilib...

- Deməzdim ki, bu, ənənə halını alıb. Keçən oyunda çoxlu qol vəzuyyətləri yaratdıq ki, bunun 3-də qolu çeviridk. Qol vəziyyətləri yaratmasaydıq, bu, məni narahat edərdi. Onda çıxış yolu axtarardım.

- "Neftçi" keçən mövsümdən Bayılda oyunları çox çətin alınır. əksər vaxt xal itiri. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keçlə"ni də uda bilmıədiniz. Bunu neəc izah edərsininiz? Əsas səbəb süni qazondu, yoxsa...?

- Əlbəttə, ot örtüyünü təsiri var. Çünki təbii otda oynamağa öyrəşimişik. Burada isə çətindi. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə"ylə oyunla müqayisədə bu qazona daha yaxşı adaptasiya olunmuşdu.

- Xal itirməyinizin əsas səbəbini nədə görürsünüz?

- Çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Oyunun təhlilindən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"