Bayılda qolsuz 99 dəqiqə - YENİLƏNİB

1 Dekabr 2019 16:59 Premyerliqa 1 042
Bayılda qolsuz 99 dəqiqə - YENİLƏNİB

Bu gün Premyer Liqanın 13-cü turu çərçivəsində daha bir görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" Bayılda "Səbail"in qonağı olub. Roberto Bordinin komandası autsayder üzərində qələbə qazansa, turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini geri qaytaracaqdı. Ancaq "Neftçi" son vaxtlar ciddi böhran yaşayan və zədəli futbolçuların çoxluğundan əziyyət çəkən "Səbail"lə bacarmayıb. Görüş qolsuz başa çatıb.

Oyunda diqqət çəkən məqamlardan biri o oldu ki, əsas vaxta 6 dəqiqə əlavə olunsa da, baş hakim Orxan Məmmədov görüşü 90+9-cu dəqiqəyə kimi davam etdirdi.

13-cü tura sabah baş tutacaq bir matçla yekun vurulacaq. Tur dünən "Qəbələ" - "Zirə" (3:0), "Keşlə" - "Sumqayıt" (2:1) qarşılaşmaları ilə start götürüb.

Premyer Liqa. 13-cü tur

1 dekabr (bazar)

15:00. “Səbail” – “Neftçi” - 0:0
Hakimlər:
Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“ASCO Arena”

İstifadə olunmayan penalti: Ağabala Ramazanov ("Səbail"), 80

"Səbail": 1. Aleksandr Rıbka, 4. Eltun Yaqublu (k), 13. Şəhriyar Rəhimov, 21. Eriko da Silva, 3. Turan Manafov, 34. Urfan Abbasov, 5. Vüqar Bəybalayev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 16. İqor Korotetski, 79. Əli Sadıxov

Baş məşqçi: Aftandil Hacıyev

"Neftçi": 1. Səlahət Ağayev, 25. Kiril Petrov, 6. Voyislav Stankoviç, 77. Donald Qerye, 26. Ömər Buludov, 36. Mamadu Kane, 93. Soni Mustivar, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə

Baş məşqçi: Roberto Bordin

2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Bank Respublika Arena”

1 Qarabağ 12 8 3 1 21-5 27
2 Keşlə 13 6 4 3 16-10 22
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 12 3 4 5 14-15 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 33 2 7 9-20 12

Bombardirlər:

Lorenzo Frutos ("Keşlə") - 6 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
Peyman Babayi ("Sumqayıt") - 5 qol
Stiven Monroz ("Neftçi") - 5 qol
Davit Volkov ("Qəbələ") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti