"Bıçaq sümüyə dirənib: "Bu gün bütün gücümüzü qoyaraq, nəticə qazanmalıyıq”

16:00 Premyerliqa 157
"Bıçaq sümüyə dirənib: "Bu gün bütün gücümüzü qoyaraq, nəticə qazanmalıyıq”

"Şəfa" çətin dönəmdən keçir.

Əslində Zaur Həşimovun komandası mövsümə pis başlamamışdı.

Debütant ikinci turdaca "Qəbələ"ni məğlub etməklə aktivinə 3 xal yazdıra bilmişdi.

Amma ardına gətirmək müşkülə çevrilib.

Ardıcıl 7 görüşdü Bakı təmsilçisi xal qazana bilmir.

Xüsusilə son iki oyunda böyük şanssızlıq yaşanır.

Kollektiv "Şamaxı" və "Kəpəz"lə matçlarda hesabda önə çıxsa da üstünlüyünü sona qədər qoruya bilməyib.

Qarşıdan isə "Sumqayıt"la görüş gəlir.

Bu oyun dönüş nöqtəsi ola bilərmi?

Sportinfo.az-a açıqlama verən komandanın mərkəz müdafiəçisi Maudo Jarjue bunları dedi:

"Premyer Liqada növbəti rəqibimiz “Sumqayıt” olacaq.

Çox ciddi hazırlaşırıq. Ruh düşkünlüyündən söhbət gedə bilməz.

Mövsüm yeni başlayıb.

Vəziyyəti müsbətə doğru dəyişmək üçün meydanda bütün gücümüzü qoymalı və müsbət nəticə qazanmalıyıq.

Mən və yoldaşlarım buna inanırıq".

"SOCAR PolymerArena"da keçiriləcən "Şəfa" - "Sumqayıt" görüşü 2 noyabr, 19:00-da start götürəcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti