Şamaxıda dördüncü qol - CANLI YAYIM

16:25 Premyerliqa 245
Şamaxıda dördüncü qol - CANLI YAYIM

Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.

"Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar.

Turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

15:00. "Şamaxı" – "Neftçi" 2:2

Qollar: Abdullahi Şuaybu 24 // Qustavo Klisman 14

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Şamaxı şəhər stadionu

"Şamaxı": 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ
Baş məşqçi: Azər Bağırov

"Neftçi":1. Emil Balayev (k) 14. Elvin Bədəlov 3. Rüfət Abbasov 18. İfeanyi Metyu 55. Endryu Qravilyon 33. Breno Almeyda 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 11. Alen Şkribek
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 8. Emin Mahmudov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 97. Bassala Sambu 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 70. Andrey Ştoqrin 27. Draqolyub Saviç
Baş məşqçi: Yuri Vernidub

17:30. "Kəpəz" – "İmişli"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Gəncə şəhər stadionu.

Digər Xəbərlər
Xəbər Lenti