“Hiss olunur ki, Roman Qriqorçuk nizam-intizam yaratmağa çalışır.
Oyunçularda həvəs var, can qoyurlar, amma ustalıq səviyyəsi çatmır.
Bu da faydalı iş əmsalına gətirib çıxarmır, boş-boş qaçmaqla məşğuldurlar.
Vəd olunan transferlər yubanır, köhnə heyətlə işləmək isə çox çətin olacaq”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 2-ci turu dəyərləndirərərkən “Neftçi”də cərəyan edən son proseslərə toxunub, ukraynalı çalışdırıcının bu oyunçu qrupu ilə işinin çətin olduğunu bildirib.
Elçin Cəfərov eyni zamanda hesabat turunda oynanılan digər matçlara da şərh verib, “Sabah” – “Zirə” qarşılaşması (0:2) ətrafında müəyyən fikirlər səsləndirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: