COP29

Berdiyev və Qriqorçuk ilk sınaqdan necə çıxdılar?

5 Avqust 19:20 Premyerliqa 1 127
Berdiyev və Qriqorçuk ilk sınaqdan necə çıxdılar?

Premyer Liqanın 1-ci turunun maraqla gözlənilən qarşılaşması "Neftçi arena"da baş tutdu.

Burada "Neftçi" doğma publika önündə "Turan Tovuz"u qəbul etdi.

Əslində fərqli hədəflər üçün meydana çıxan iki komanda üz-üzə gəlirdi. Büdcələr arasında ciddi uçurum, heyətlər arasında diqqət çəkən səviyyə fərqi vardı.

Lakin matçı maraqlı edən baş səbəb idi.

Belə ki, bir tərəfdə "Qəbələ"dən hamımıza yaxşı tanış olan Roman Qriqorçuk, digər tərəfdə isə təqdimata ehtiyacı olmayan Kurban Berdiyev.

Belədə onların üz-üzə gəlməsi məntiqli olaraq böyük auditoriya üçün önəm kəsb edirdi.

Görəsən, bir təlim-məşq toplanışını tam olaraq kollektivin baş üzərində olan iki əcnəbi mütəxəssis publikaya nə təqdim edə biləcək?

90 dəqiqə göstərdi ki, bu qədər intizar, böyük gözlənti boşuna imiş.

Meydanda futbol adına nəsə görmədik.

Düzdü, meydançanın ot örtüyü bərbad idi.

Top ram etməyə, normal ötürməyə verməyə mane olurdu.

Ancaq hər şeyi də yaşıl otun üzərinə atmaq doğru olmazdı.

90 dəqiqə 1-2 epizoda xaric meydanda futbol adına xoş nəsə görmədik.

Texniki səhvlər saymaqla bitməz.

"Neftçi"nin ilk hissədə bir neçə kombinasiyalı hücumlarını gördük. Bir də sona yaxın rəqib qapısında təzyiq yaratdığını deməliyik.

O da bir atımlıq barıt təsiri bağışladı.

Berdiyevin "Turan"ı müdafiədə yaxşı qapana bildi. Xüsusilə də ikinci hissə ərzində "ağ qaralar"a qapıya yaxınlaşmağa fürsət verilmədi. Ara-sıra rəqib qapısında təhlükəli anlar yaşatmaq da mümkün olurdu.

Başqa ciddi nəsə müzakirə etməyə gərək yoxdur. Tənqid olunacaq məqamlar çoxdur.

Sadəcə birinci tur olduğu üçün çox şeyi danışmaq tez hesab edilə bilər.

Ümid edək ki, qarşıdakı turlar hər iki kollektiv də nəticələri və oyunu ilə hər kəsi yaxşı mənada təəccübləndirə biləcəklər.

Əks təqdirdə bizə qalan Berdiyevlə Qriqorçukun adı və keçmişlərindəki uğurları olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti