SOCAR-ın Premyer Liqa klublarına ayıracağı məbləğ – SON DƏQİQƏ

9 Mart 2023 14:00 Premyerliqa 1 868
SOCAR-ın Premyer Liqa klublarına ayıracağı məbləğ – SON DƏQİQƏ

SOCAR tərəfindən Premyer Liqa klublarına ayrılan dotasiyanın ümumi məbləği dəyişməyəcək.

Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.

Federasiyadan redaksiyamıza verilən məlumata görə, ötən ilin yayından etibarən icraata götürülən yardım paketi növbəti mövsümdə də olduğu kimi saxlanılacaq.

Premyer Liqa təmsilçiləri bu sezondakı kimi, yenə 3 milyon manat alacaq. Göstərilən məbləğin ödənilməsi üçün tələb olunan kriteriyalar isə dəyişə bilər.

AFFA və SOCAR bu zaman elita nümayəndələrinin xahiş və müraciətlərini nəzərə alacaq. Federasiya məsələ ilə bağlı klubların iştirakı ilə toplantı keçirməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti