Kapitan açıq danışdı: “Yerli legionerdən yaxşıdırsa, niyə heyətdə yer almasın?”

21:00 Premyerliqa 131
Kapitan açıq danışdı: “Yerli legionerdən yaxşıdırsa, niyə heyətdə yer almasın?”

Premyer Liqanın üçüncü turunda “İmişli” “Şəfa”nı 1:0 hesabı ilə məğlub edib.

Bölgə klubunun kapitanı Azər Salahlı oyundan sonra mövsümdəki ilk qələbə barədə Sportinfo.az-a açıqlama verib:

"Oyuna həftəboyu çox ciddi hazırlaşırdıq. Komanda şəklində rəqibi analiz etmişdik. Şadam ki, bunu meydanda göstərə bildik və layiqli qələbə qazandıq. Çempionat hələ yeni başlayıb. Düşünürəm ki, qarşıdakı oyunlarda maksimum xal toplamaq vacibdir".

Qarşılaşmada diqqət çəkən digər məqam isə heyət seçimi ilə bağlı oldu. Legioner limitinin ləğvindən sonra Premyer Liqada nadir hallarda rast gəlinən mənzərə yaşandı. “İmişli” meydana əsas heyətdə 7 yerli futbolçu ilə çıxdı. “Şəfa”da isə vəziyyət tam əksinə idi.

Bəs 90 dəqiqə ərzində yerli futbolçuların sayındakı bu fərq keyfiyyətdə hiss olundumu? Azər Salahlı belə cavab verib:

"Ümumilikdə, hər komandada istedadlı və təcrübəli yerli futbolçularımız var. Əgər yerli futbolçu legionerdən yaxşıdırsa, niyə heyətdə yer almasın? Hər zaman bu rəqabətin – istər yerli, istərsə də legioner futbolçu arasında olmasını istəyirəm. Düşünürəm ki, bu, sonda komandanın inkişafına gətirib çıxaracaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti