"Bütün futbolçuları izləmişəm, bəziləri ilə söhbətim olub"

24 Yanvar 2023 13:40 Premyerliqa 714
"Bütün futbolçuları izləmişəm, bəziləri ilə söhbətim olub"

"Bütün klubların hazırlıq oyununu izləmək imkanım oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

Premyer Liqa təmsilçilərinin Antalyada keçdiyi təlim-məşq toplanışına yerində tamaşa edən italiyalı mütəxəssis bunları söyləyib:

"Məncə, Türkiyədəki şərait komandalarımızın məşqlərini keçirə bilmələri üçün yaxşı səviyyədə idi. Hazırda klubların nəyə qadir və hansı fiziki formada olduqlarını deyə bilmirəm.

Çoxlu oyunlar izlədim. Deyə bilərəm ki, komandaların hamısı tam hazır deyil.

Millinin toplanışına iki ay qalıb. Bütün futbolçuları izləmişəm, bəziləri ilə söhbətim olub.

Onlar yığmaya daha tez qoşulmağa həvəslidirlər və millinin tam formada olması üçün əllərindən gələni edirlər".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız