“Qarabağ”dakı fransız: "Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir"

30 Sentyabr 2022 00:50 Premyerliqa 460
“Qarabağ”dakı fransız: "Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir"

“Mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşır, çoxlu məşq edirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.

Fransalı futbolçu “CBC Sport” telekanalına açıqlamasında Premyer Liqanın VIII turunda “Neftçi” (1 oktyabr), Avropa Liqasının qrup mərhələsində isə “Olimpiakos”la (6 oktyabr) matçlara hazırlaşdıqlarını söyləyib:

“Əvvəlcə “Neftçi”, ardından isə “Olimpiakos”la oyunumuz var. Bu matçlarda yaxşı formada olmağa çalışacağıq”.

Zubir Avropa Liqasının II turunda “Nant” üzərində qazanılan 3:0 hesablı qələbənin onun üçün xüsusi olduğunu söyləyib. Çünki fransalı həmin matçda həmyerlilərinə qol vurub: “

Mən fransalıyam, karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir. Bu möhtəşəm hissdir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı