Azərbaycan klubu “Mançester Siti”nin eks müdafiəçisinə təklif göndərib

30 İyun 2022 13:40 Premyerliqa 1 814
Azərbaycan klubu “Mançester Siti”nin eks müdafiəçisinə təklif göndərib

Uels millisinin sabiq futbolçusu Neyl Teylor Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

33 yaşlı sol cinah müdafiəçisinin xidmətində Türkiyə və Hindistan klubları da maraqlıdır.

Ötən mövsümün sonunda İngiltərənin "Midlsbro" komandasından ayrılan təcrübəli oyunçu hazırda azad agentdir.

Neyl Teylor "Mançester Siti", "Aston Villa", həmçinin, ölkəsinin "Suonsi" və "Reksem" klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"