"Neftçi" və "Sabah" doğma meydanda qalib gəldi - Yenilənib

23 Oktyabr 2021 20:09 Premyerliqa 1 140
"Neftçi" və "Sabah" doğma meydanda qalib gəldi - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutub.

II dövrənin ilk turunun açılış matçında aşkar autsayder “Sabah” ilk “dördlüy”ə iddia edən “Sumqayıt”la üz-üzə gəlib.

Çempionatda qələbə üzünə həsrət yeganə komanda olan “Sabah”, nəhayət ki, tilsimi qırmağı bacarıb. Murad Xaçayevin erkən qırmızı vərəqə alması səbəbindən “gənclik şəhəri” təmsilçisi 80 dəqiqədən çox azlıqda çıxış edib.

Ramin Quliyevin istefasından sonra baş məşqçisiz qalan bakılılar say üstünlüyündən ikinci hissədə yararlanıb.

Son yarım saatda 3 cavabsız qol vuran “Sabah” mövsümə ilk qələbəsini qazanıb. Paytaxt təmsilçisi həm də birinci dəfə doğma arenasında rəqibini məğlub edib.

Günün digər qarşılaşmasında turnir cədvəlində bir-birinə yaxın olan “Neftçi” ilə “Zirə” qarşılaşıb.

Oyundan əvvəl mərhum jurnalist Elnur Əşrəfoğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəşad Sadıqovun yetirmələri erkən qolla hesabı açsa da, ev sahibləri fasilə ərəfəsində bərabərlik topunu vurub.

İkinci hissəni üstün keçirən “Neftçi” son dəqiqələrdə Mirabdulla Abbasovun başla qolu sayəsində “Zirə” üzərində ardıcıl 3-cü qələbəsini qazanmağı bacarıb.

“Ağ-qaralar” bununla həm “Zirə” ilə aradakı xal fərqini 5-ə yüksəldib, həm də ən azı iki günlük lider “Qarabağ”a çatıb.

23 oktyabr (şənbə)
“Sabah” – “Sumqayıt” - 3:0
Qollar:
Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79
Qırmızı vərəqə: Murad Xaçayev, 11
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 7. Petar Skuletiç, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə
Məşqçi: İlkin Hüseynov
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”

“Neftçi” – “Zirə” - 2:1
Qollar:
Sezar Meza Kolli, 38, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 4. Huqo Basto, 14. Romen Bask, 91. Ramon Maçado, 36. Mamadu Kane, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov
“Bakcell Arena”

1

Qarabağ

7

5

2

0

13-4

17

2

Neftçi

8

5

2

1

16-9

17

3

Qəbələ

7

3

3

1

12-6

12

4

Zirə

8

3

3

2

10-8

12

5

Sumqayıt

8

2

2

4

5-8

8

6

Keşlə

7

2

1

4

6-11

7

7

Səbail

7

2

0

5

5-15

6

8

Sabah

8

1

1

6

6-12

4

Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol, Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?