O, “Neftçi”də heç nə etmir - ehtiyatda qalmaqdan başqa

22 Fevral 2021 23:20 Premyerliqa 1 527
O, “Neftçi”də heç nə etmir - ehtiyatda qalmaqdan başqa

Azərbaycan Premyer Liqasının arxada qalan 16 turunda yalnız 4 futbolçu bütün oyunları ehtiyatda qalıb.

Sportinfo.az xəbər verir ki, komandasının 16 matçını da ehtiyat oyunçular skamyasından izləyənlərin hamısı yerli futbolçulardır.

Onlardan ikisi çempionatın lideri “Neftçi”ni təmsil edir. Bir müddət əvvəl özündən söz etdirən İsmayıl Zülfüqarlı cari mövsüm ehtiyatda qalmaqdan başqa heç nə ilə fərqlənmir.

Kamran İbrahimov isə 3-cü qapıçı imici ilə barışıb. Daha təcrübəli komanda yoldaşlarına uduzan qolkiper Premyer Liqa həyəcanına həsrətdir.

Eyni sözləri Abdulla Seyidəhmədov barədə də söyləmək olar. “Zirə”nin üçüncü qapıçısı yalnız ehtiyatda qalıb.

“Qəbələ”nin futbolçusu Sadiq Quliyev də məşqçilərin etimadını qazana bilmir. O, 16 turda ehtiyat oyunçular skamyasının daimi sakini olub.

Legionerlər arasında rekordçu Alves Souza de Renerdir. Braziliyadan böyük ümidlərlə gətirilən müdafiəçi 13 oyunda protokola daxil edilsə də, meydana çıxmayıb.

Xəbər Lenti