SOCAR-ın "Neftçi"nin baş məşqçi postuna 2 namizədi var

17 Sentyabr 2020 12:50 Neftçi 2 099
SOCAR-ın "Neftçi"nin baş məşqçi postuna 2 namizədi var

«Neftçi» baş məşqçisi ilə vidalaşmağa yaxındır.

Artıq proses başlayıb. Bu gün «Qalatasaray»la keçiriləcək matç Füzuli Məmmədovun sabahını müəyyənləşdirmək bxımından əhəmiyyətlidir.

Nəticədən çox şey asılıdır. Komanda Avropa Liqasının II mərhələsində böyükhesablı məğlubiyyətə uğradarsa, biz həftələrdir tənqidlərə tuş gələn gənc çalışdırıcının kreslosuna itirməsini şahidlik edə bilərik.

SOCAR onu istəmir. Bu, birmənalıdır. Cari ilin əvvəlində Roberto Bordinə tikilən «torba» nəticəsində sükan arxasında keçən, 2 ay öncə bu posta təsdiqlənən Məmmədovun, əslində, «Neftçi»yə rəhbərlik etməyə layiq biri olmadığını neft şirkətində başa düşüblər.

Avroliqanın ilk mərhələsində «Şkupi»yə zor-bəla ilə qalib gələn, Premyer Liqada «Sumqayıt»a uduzan bakılıları «Qalatasaray»la yanaşı, «Qarabağ»la matç da gözləyir.

SOCAR-ın kluba aidiyyatlı şəxsləri Füzuli bəyin yerinə 2 namizədin üzərində dayanıb. Hər ikisi yerli mütəxəssitsdir. Biri hazırda Premyer Liqa klubunu çalışdırır və etika xatirinə adını yazmırıq. Digəri isə ötən mövsümün əvvəlində «Zirə»dən göndərilən Samir Abasovdur.

Düşünə bilərsiz ki, Abasov «Neftçi»nin hazırkıı rəhbərliyinin təqdimatı ilə SOCAR-ın gündəminə gəlib. Əsla belə bir şey yoxdur! Düzdür, onun prezident Kamran Quliyevlə münasibətləri çox yaxşıdır, sadəcə, ortada Ceyhun Sultanov amili var.

Klubun başqanı özündən çox inandığı idman direktorunun təlimatilarından kənara çıxmır. Sultanovun əli və gözü isə Füzuli Məmmədovdur. Quliyev-Sultanov-Abasov triosu uzun illər «Sumqayıt»da bərabər çalışsa da, hazırkı baş məşqçini dəyişmək prezidentlə idman direktoruna sərf etmir.

Bilirlər ki, Məmmədovu öz xoşları ilə yerindən tərpətsələr, növbə tezliklə onlara da çatacaq. Abasovun SOCAR rəhbərliyinə yaxın dairələrdə dəstəkçiləri var, mətbuata söylədiyinin əksinə, «day-day»sız deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti