"Neftçi"dən söz açdı, "bu, Tanrının bizə lütfü olardı" dedi

13 Avqust 16:00 Neftçi 723
"Neftçi"dən söz açdı, "bu, Tanrının bizə lütfü olardı" dedi

"Neftçi"ni tanımıram, bu komanda barədə geniş nəsə deyə bilməyəcəm. Ancaq etiraf edim ki, mərhələnin favoriti onlardır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri matc.az-a “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkupi”nin hücumçususu Omar Quduabi deyib. 25 yaşlı futbolçu daha sonra belə davam edib:

“Görüş bizim evimizdə də olsaydı, yenə də üstünlüyü rəqibə verərdim. Mərhələni keçsək, ölkədə qəhrəman olub-olmayacağımızı bilmirəm. Ancaq unutmayaq ki, futbolda hər şey mümkündür”.

Şimali Makedoniya təmsilçisinin yarımmüdafiəçisi Dembo Darbo da matc.az saytı ilə fikirlərini bölüşüb. 24 yaşlı qambiyalı futbolçu komanda yoldaşından daha iddialı danışıb:

"Neftçi" ilə tanış deyilik, heyətləri barədə geniş məlumatımız yoxdur. Azərbaycanda lazımı nəticəni qazanmaq üçün mübarizə aparmaq lazımdır. Təəssüf ki, görüş səfərdədir. Oyun əgər evimizdə olsaydı, bu, Tanrının bizə lütfü olardı. Hər şeyə rəğmən, çıxışımızla azarkeşlərimizi sevindirmək istəyirik".

“Neftçi” – “Şkupi” qarşılaşması avqustun 27-i, saat 20:00-da "Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 22:00 Mendi transferində tamam
21 Sentyabr 17:24 İlkay koronavirusa yoluxdu