"AFFA "Neftçi" rəhbərliyinin planlarını əməlli pozub"

8 İyul 2020 14:08 Neftçi 916
"AFFA "Neftçi" rəhbərliyinin planlarını əməlli pozub"

"Neftçi" Avropa Liqasının hazırlığına iyulun 10-da start verəcək.

Qəbələdə baş tutacaq hazırlıq prosesinin müddəti gələcək planlardan asılı olacaq.

Sportinfo.az xəbər verir ki, menecer Xanbaba Daşdı bununla bağlı fikirlərini bölüşüb və paytaxt təmsilçisinin rəhbərliyinə ismarıc göndərib:

Bolu toplanışı ürəyində qalan, Bolunu Qəbələyə dəyişən rəhbərlik, onsuz da, toplanışların bir faydası yoxdur. AFFA-nın avrokuboklarda mübarizə aparacaq 4 klub üçün ölkədə məşq etməyə icazə alması "Neftçi"nin planlarını əməlli pozub.

"Neftçi" rəhbərliyi 1 aylıq Bolu toplanışına yollanmaq istəyirdi. Ona görə, müqavilə imzaladığı legionerləri Türkiyədə gözlətdirir, ölkəyə gətirə bilmir,

Neyləyirsiz onları gətirib? Birbaşa oyuna çağırarsız da…

Ceyhun Sultanovun bir sözü yadıma düşdü: «evdə oturub oyunçu transfer edirlər?». Bakıda niyə oturmusan Sultanov, oyunçularına sahib çıxa bilmirsən yoxsa?

Kamran Quliyevdən xahiş elə, göndərsin də səni İstanbula. Xərcləri klub çəkir, onsuz da».

Digər Xəbərlər
Xəbər Lenti