“Neftçi” 2 seçim etdi

4 İyun 2020 16:00 Neftçi 756
“Neftçi” 2 seçim etdi

"Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, artıq 3 gündür məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək.

"Ağ-qaralar” iyunun 9-u saat 18:00-da öz bazasında "Keşlə”, iyunun 14-ü saat 20:00-da isə "Bakcell Arena”da "Qəbələ” ilə qarşılaşacaq.

"Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti