"Neftçi"ni daxildən kim və necə dağıdır? - TƏFƏRRÜAT

31 May 2020 20:00 Neftçi 1 061
"Neftçi"ni daxildən kim və necə dağıdır? - TƏFƏRRÜAT

Baqali Dabonun «Neftçi» ilə müqaviləsinin bitməsinə çox az qalıb.

Fransalı hücumçu müddətin bitməsini gözləmədən artıq öz seçimini edib.

İki il öncə «Qəbələ»dən bura gələn forvard bundan sonra Cənubi Kiprdə legioner həyatı yaşayacaq. O, «Apollon»la kontrakt şərtlərini razılaşdırıb.

Dabo bunu «Neftçi» rəhbərliyindən xəbərsiz reallaşdırıb. Çünki onlardan acıqlıdır. Səbəb budur ki, müqavilənin uzadılmasıyla bağlı martda apardığı danışıqlardan istədiyi nəticəni ala bilməyib.

Rəsmilər öncə maaşının artırılmasını vəd etsə də, sonradan büdcənin buna imkan vermədiyini söylyib. Belədə fransız məşqlərə çıxmaqdan imtina edib və mövsümün qalan oyunlarında forma geyinməyəcəyini deyib.

Dabo indi tək deyil. «Neftçi» ilə müqaviləsi bitmək üzrə olan digər əcnəbi futbolçular da eyni tələb irəli sürməyə başlayıb. Onların başında Donald Gerye gəlir.

Haitili müdafiəçi Premyer Liqanın qarşıdakı 8 turunda özünü tərlətmək üçün əlavə əməkhaqqı istəməklə yanaşı, sözləşməsinin daşa 1il uzadılmasının müqabilində qazancının artrılımasını şərt qoyub.

Bu minvalla, «Neftçi» hələ bir müddət problemlğər içində vurnuxacaq. Sözsüz ki, yaranmış vəziyyət komandanın çıxışına mənfi zərbə vuracaq.

Çempionluq uğrunda mübarizədə «Qarabağ»dan cəmi 8 xal geri qalan «ağ-qaralar» üçün belə bir hal üzücüdür. Əlbəttə, klub rəsmilərinin peşəkar idarəçilik qabiliyyəti olsaydı, gərginlik bu həddə çatmazdı.

Legioneerləri qəzəbləndirən və «Neftçi»yə qarşı güzəştsiz mövqe sərgiləməsinə səbəbkar isə Ceyhun Sultanovdur. Belə ki, idman direktorunun mətbuata son açıqlamasında onlara minnət qoyaraq, “məcbur çıxıb oynayacaqlar“ deməsi qarşı tərəfdə qıcıq yaradıb.

Sultanovun «Neftçi» kimi böyük klubun nümayəndəsinə yaraşmayan həmin fikirləri ilə bir daha tanış olun: “Müqaviləsi bitən futbolçuların heç biri ilə danışığımız olmayıb. Hər şey çempionatla bağlı qərardan asılı olacaq. İstənilən halda, oyunçuların taleyinə mövsümə yekun vurulduqdan sonra aydınlıq gələcək. Bütün proseslər gedişatdan asılıdır. Hələ bilmirik mövsüm bərpa ediləcək, yoxsa başa çatdırılacaq. Mövsüm bərpa olunsa, sözləşmə müddəti bitən oyunçular qalıb sona qədər oynayacaqlar. Açığı, “qalmaq istəməsələr” ifadəsini başa düşə bilmirəm. Mənə də maraqlı gələr ki, hansı futbolçu sevdiyi işdən imtina edər? Nə yerli, nə də əcnəbi oyunçularımızdan bununla bağlı nəsə eşitmişəm. Deyən yoxdur ki, getmək istəyirəm. Çünki getsələr, gələn mövsümün startına qədər futbol oynamayacaqlar. Bu səbəbdən məcbur çıxıb oynayacaqlar ki, heç olmasa formanı bərpa etsinlər. Hələ heç bir oyunçu “Neftçi”ni tərk etməyib. İndiki vaxtda insanlar bir-birlərinin üzünü görmürlər. Futbolçuların hamısı buradadır. Hərdən çağırıb söhbət edirəm, hal-əhval tuturam”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti