"Qarabağ"a milyonlar qazandıran adamı TANIYIN!

20:00 Qarabağ 309
"Qarabağ"a milyonlar qazandıran adamı TANIYIN!

Yaxşı yerli futbolçu yetişdirmək üçün ilk başda normal maliyyə ayırmaq lazımdır.

Zamanla həm qoyulan pul artıqlaması ilə geri qayıdacaq, həm də əlinin altında normal yerli futbolçular olacaq.

Nəriman Axundzadənin ABŞ-a, Toral Bayramovun Türkiyəyə gedişi bunu bir daha göstərmiş oldu.

Deyək, bilməyənlər də agah olsun ki, ikilinin inkişafında Qurban Qurbanov qədər Rəşad Sadıqovun da payı var.

"Zirə"nin hazırkı baş məşqçisi 2016-cı ildə "Qarabağ"ın U-19 komandasını çalışdırıb.

Məhz onun adıçəkilən yaş qrupuna keçidindən sonra heyətin formalaşması üçün təxminən 400 min manat pul ayrılıb.

Hətta Sadıqov öz cibinin vəsaiti ilə müəyyən xərclərin qarşılamasını təmin edib.

Məhz onun təklifi ilə yeni dağılan "Xəzər Lənkəran"dan baxışa gələnlərdən 10-a yaxın gənc Ağdam klubunun seçimlərindən keçib.

Siyahıda Toral Bayramov və Nəriman Axundzadə də olub.

Cəmi 10 il sonra "Qarabağ" Nəriman Axundzadənin "Columbus Kru"ya keçidindən 5 milyon manat, Toral Bayramovun "Bursaspor"a transferindən isə 1.5 milyon manat qazandı.

Hələ Axundzadənin vurduğu qolla əldə olunan "Braqa" zəfərini, etdiyi məhsuldar ötürmə ilə gələn Çempionlar Liqasının liqa mərhələsinin dəyərindən danışmıram.

Bu sadəcə hansısa məqamda atılan kiçik addımın milyonluq mükafatıdır. 5 qoydular, 5 dəfə artığını qazandılar/qazandırdılar

Klublarımız məsələyə daha qlobala baxa bilsələr, şübhəsiz daha sanballı yerli oyunçularımız vitrinə çıxmış olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti