Konqo Demokratik Respublikası millisi dünya çempionatında tarixi uğura imza atıb.
Sportinfo.az xəbər verir ki, K qrupunun son turunda Konqo Demokratik Respublikası yığması Özbəkistan millisini 3:1 hesabı ilə məğlub edib.
ABŞ-nin Corciya ştatının Atlanta şəhərində keçirilən görüşdə qalib komandanın qollarını Yoan Vissa (68-ci dəqiqə, penaltidən və 90+1-ci dəqiqə) və İbrahim Mayele (78) vurublar.
Özbəkistan millisinin yeganə qoluna isə Eldor Şomurodov 10-cu dəqiqədə imza atıb.
Bu nəticədən sonra Konqo Demokratik Respublikası millisi 4 xal toplayaraq K qrupunda üçüncü yeri tutub və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Özbəkistan yığması isə qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olaraq sonuncu pillədə qərarlaşıb və turnirlə vidalaşıb.

