Surinam millisinin pleymeykeri “Neftçi”nin biraddımlığında?

26 İyun 09:20 Neftçi 2 131
Surinam millisinin pleymeykeri “Neftçi”nin biraddımlığında?

“Atromitos”un (Yunanıstan) daha bir futbolçusu “Neftçi”nin maraq dairəsinə düşüb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Makana Bakunun keçidini reallaşdıra bilməyən “ağ-qaralar” hədəfini dəyişib.

“Neftçi” rəhbərliyi indi də adıçəkilən komandanın pleymeykeri Denzel Jubitanaya elçi düşüb.

Bir neçə gündən sonra “Atromitos”la müqaviləsi başa çatacaq Jubitana azad agent statusu daşıyacaq.

Surinam millisinin 27 yaşlı oyunçusu uğrunda mübarizədə “Neftçi” tək deyil. Jubitananın başqa variantları olduğu da vurğulanıb.

Denzel Jubitana 2023-cü ildən “Atromitos”un formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə