Məşhur rus xanım sirri açıqladı: Oğlunun Azərbaycan millisini seçməsinin səbəbi bu imiş

29 İyun 13:40 Digər növlər 1 220
Məşhur rus xanım sirri açıqladı: Oğlunun Azərbaycan millisini  seçməsinin səbəbi bu imiş

Rusiyalı idmançı Aleksandr Plyuşenkonun idman vətəndaşlığının Azərbaycanla dəyişdirilməsi qərarının necə verildiyi məlum olub.

Sportinfo.az xəbər verir ki, rusiyalı prodüser Yana Rudkovskaya oğlu Aleksandr Plyuşenkonun bu qərarı müstəqil vermədiyini bildirib.

Onun sözlərinə görə, Aleksandr hələ idman yolunun başlanğıcındadır və beynəlxalq yarışlarda çıxış etmək istəyi olsa da, ölkə seçimini özü etməyib.

Rudkovskaya qeyd edib ki, oğlunun Azərbaycanı təmsil etməsi qərarını şəxsən özü verib.

“Biz Bakıda çox oluruq. Mən Azərbaycanı çox sevirəm. Həyat yoldaşım da Azərbaycanı çox sevir. Orada çoxlu çıxışlarımız, şoularımız və nağıllarımız olur”, – deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM