Fransız qadınları kef etmir - Kişilərdən 12 dəfə az qazanacaqlar

5 İyul 2022 12:00 Hadisə 395
Fransız qadınları kef etmir - Kişilərdən 12 dəfə az qazanacaqlar

Fransanın qadınlardan ibarət futbol komandası AÇ-2022-nin qalibi olarsa, oyunçuların hər biri 24 min avro mükafat alacaq.

Sportinfo.az xəbər verir ki, bu, Fransanın kişi futbolçulardan ibarət millisi üçün AÇ-2020-də nəzərdə tutulan məbləğdən 12 dəfə azdır.

UEFA-nın Avropa çempionatını qazanan ölkəyə 2 milyon avrodan bir qədər çox (2,08 milyon avro) ödəyəcəyi gözlənilir.

Kişilərdən ibarət komandada olduğu kimi, Fransa Futbol Federasiyası məbləğin 30 faizini qadın futbolçulara və məşqçilər heyətinə ödəməyi planlaşdırırdı.

Belə olan halda, komandanın baş məşqçisi Korin Diakr və millinin oyunçularının hər biri 24 min avro alacaq.

Qadınlardan ibarət komanda qrup mərhələsinin bütün görüşlərində qalib gələrək çempion olacağı təqdirdə, mükafat pulu 2,08 milyon avro olacaq.

Müqayisə üçün qeyd edək ki, İtaliyanın kişilərdən ibarət komandası 2020-ci ildə Avropa çempionatının qalibi olmağa görə 28,5 milyon avro alıb.

Fransanın kişilərdən ibarət komandasına gəlincə, son Avropa çempionatında “xoruzlar” 1/8 final mərhələsində mübarizə apararaq federasiyadan 173 min avro alıblar.

Onlar çempion olsaydılar, bu məbləğ 300.000 avroya yüksələcək. Bu, qadın futbolçulara

Digər Xəbərlər
Xəbər Lenti