Tanınmış futbolçunun xanımı və iki övladı zəlzələdə həyatını itirdi

00:20 Hadisə 150
Tanınmış futbolçunun xanımı və iki övladı zəlzələdə həyatını itirdi

Argentinalı futbolçu Lukas Trexonun ailəsi Venesueladakı zəlzələdə faciəvi şəkildə həlak olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 74 saatlıq fasiləsiz axtarışlardan sonra 38 yaşlı müdafiəçinin xanımı və iki uşağının meyitləri dağıntılar altından çıxarılıb.

Bu barədə məlumat yayan “Maritimo” klubu futbolçusuna başsağlığı ünvanlayıb.

Hadisə baş verən vaxt Karakasdakı oyunda olan Trexo, qayıtdıqdan sonra evinin tamamilə yerlə-yeksan olduğunu görüb.

O, günlərdir ailəsinin tapılması üçün xilasedicilərə kömək edirdi.

Fevral ayından Venesuelanın “Maritimo” klubunda oynayan müdafiəçi, daha əvvəl Argentina, Kolumbiya, Peru, ABŞ və Yunanıstan komandalarının da formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?