Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının qrup mərhələsini ən çox qol vuran oyunçu kimi başa vurub.
Sportinfo.az xəbər verir ki, ulduz futbolçu qrup mərhələsində altı qol vurub.
Onun ən yaxın izləyiciləri — Fransa təmsilçiləri Kilian Mbappe və Usman Dembele, braziliyalı Vinisius Junior və norveçli Erlinq Haalandın hər birinin hesabında dörd qol var.
Messi Əlcəzairə qarşı het-trik, Avstriyaya qarşı dubl, İordaniyaya qarşı isə bir qol vurub.
Argentina millisi dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniyaya 3:1 hesabı ilə qalib gəlib.

