“Qarabağ”dan ayrılan Kevin Medinanın hansı komandada oynayacağı məlum olub.
Sportinfo.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Malayziyada çıxış edəcək.
O, “Yohor Darul Tazim”lə anlaşıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalayıb.
Malayziya klubunda Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov və “Sabah”da çıxış etmiş Con İrazabal da oynayır.

